Bakıda yol polisi AA-ya yol vermədiyinə görə keçmiş nazirin maşınını əlindən aldı - VİDEO

SOSİAL
13:40 02.03.2017
30006
Yol polisi tanınmış diplomat, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun maşınının qanunsuz olaraq cərimə meydançasına salıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Tofiq Zülfüqarov özü Facebook səhifəsində yazıb. Bildirib ki, martın 1-də axşam saatlarında Mərdəkandan şəhərə dönərkən  H.Əliyev prospektində  xoşagəlməz bir hadisə ilə üzləşib: 

"Belə ki, H. Əliyev prospekti ilə öz maşınımla  şəhərə doğru hərəkət edərkən arxadan hansısa bir maşın gah maşının güclü uzaqvuran işıqları ilə  görmə qabliyyətinə mane olaraq gzümü kor edərək əsəbi- isterik bir  vəziyyət yaradıraq məni ötməyə cəhd edirdi. İmkan düşən kimi mən ona ötüş əməliyyatına şərait yaratdım. Bundan sonra məni ötən avtomobil sürətini azaldaraq, sanki tələsməkdən vaz keçdi. Qeyri-müəyyən səbəblərdən yol sürət saatda 120 km/saat olduğu bir halda   məni ötən avtomobil sahibi tormoz etdi.  Başa düşdüm ki, qarşımdakı adekkvat  hərəkətlərə malik olmayan, aqressiv bir avtomobil sahibidir”.
 
T. Zülfüqarov əlavə edib ki, bundan sonra yenidən ona işarə edərək, ötüş əməliyyatını həyata keçirərək  magistraldakı sağ cərgədə yer aldım. "Bundan sonra o, yenə məni ötərək qabağa getdi. Və hadisələr budan sonra tamamilə başqa məcrada inkişaf etdi” - deyə, sabiq nazir qeyd edib.

O deyib ki, yol patrul xidmətinin maşını məni saxlayaraq  yol hərəkət qaydalarını  pozduğumu bildirdi. "Məlum  oldu ki, mənim saxlanmağım barədə göstərişi bir az öncə yolda başıma oyun açan hansısa rütbəli məmur olub. Düzdür, yol polisi əməkdaşları çox hörmətlə  mənim sənədlərimi yoxladılar, daha sonra  içkili olub-olmamağımla bağlı test etdilər. Və gördülər ki, hər şey qaydasındadır və mən də içkili deyiləm”- deyə, o, vurğulayıb.

Yoxlamadan sonra yol polisləri  T. Zülfüqarova deyiblər ki, məhz həmən maşındakı Bakı Baş polis idarəsinin hansısa generalı olub: 

"Sənədlərin və  hər hansı qayda pozuntusunun olmadığına əmin olan polis  maşını cərimə meydançasına aparacaqlarını bildiriblər. Səbəbini soruşduqda – dedilər ki, əmrdir. Sizin avtomobil cərimə meydançasına aparılmalıdır. Çünki hansısa formada qayda pozuntusunu qeyd edə bilmirlər. Hətta, buna görə də mənə polis protokol təqdim etmədi. Mən onların əmrinə tabe olaraq maşını cərimə meydançasına qoyandan sonra, məni evə gətirdilər”.

T Zülfüqarov onu da qeyd edib ki,  adı bəlli olmayan generala anında ötüş əməliyyatını həyta keçirməsinə imkan vermədiyimə görə yaxşı ki, məni ailə üzvlərinin yanında güllələmək əmri verməyib: 

"Baxmayaraq ki, prezident Heydər Əliyev tərəfindən 1998-ci ilin yanvarın 15-də verdiyi diplomatik ranq general ranqından da yüksəkdir. Ancaq heç zaman bundan  nə üçünsə istifadə etmədim”.


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb