Bakıda polis şöbələrindən birinə yeni rəis təyin edildi

Bakıda polis şöbələrindən birinə yeni rəis təyin edildi
SOSİAL
10:58 16.03.2022
276
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin (PB) rəisi Fəxrin Bektaşi yeni vəzifəyə təyin edilib.

AZXEBER.COM xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, F.Bektaşi 15-ci PB-nin rəisi vəzifəsindən azad edilərək Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, F.Bektaşi 2019-cu ildən Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi vəzifəsində çalışırdı.
OXŞAR XƏBƏRLƏR