Bakıda polisdən qorxan oğru özünü bıçaqladı

Bakıda polisdən qorxan oğru özünü bıçaqladı
10:35 02.04.2013
940

Bakıda polisin keçirdiyi əməliyyat zamanı insident yaşanıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları oğurluq maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlüQədir Hadiyevin tutulması istiqamətində əməliyyat keçirib. Polisi görən Q.Hacıyev əməliyyatçılara tabe olmayaraq özünü bıçaqlayıb. Hazırda Q.Hacıyev polis nəzarətində Klinik Tibbi Mərkəzdə müalicə olunur.

OXŞAR XƏBƏRLƏR