Bakıda bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, hadisə bu gecə saat 01:00 radələrində paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.Belə ki, Gürcüstan vətəndaşları Rauf Ovçuyev, Ramal Ovçuyev, Şamil Əliyev və Rafayel Məmmədov arasında münaqişə baş verib.Bu zaman R.Ovçuyev hadisə yerinin yaxınlığından keçən Bakı şəhər sakinləri Tarıyel Sadıqova və onun oğlu Aslana, habelə onları intizama dəvət edən həmin ərazidə xidmət aparan Suraxanı Rayon Polis İdarəsinin əməkdaşı Şamil Qasımovaya bıçaqla xəsarət yetirib.Rauf, Ramal, Şamil və Rafayel saxlanılıb, T.Sadiqov, Aslan və Ş.Qasımov isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.Faktla bağlı araşdırma aparılır.