Avtomobillərə ciddi ziyan dəyib.
Xəzər rayonunda polis əməkdaşının da iştirakı ilə zəncirvari qəza baş verib.
AZXEBER.COM Musavat-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.
Bakı sakini, 1975-ci il təvəllüdlü Alim Zeynalov, Qaz- 330202 markalı 90 AG 325 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.
İdarəetməni itirən A.Zeynalov yol kənarında dayanan və orada xidmətdə olan Dövlət Yol Polis İdarəsinin polis serjantı 1987-ci il təvəllüdlü Abbas Abbasov idarə etdiyi BMW markalı, 99 YP 521 dövlət nömrə nişanlı avtomobilə dəyib.
Alim Zeynalov bunun ardınca Elşən Məmmədova məxsus "Mitsubishi Pajero" markalı və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Anar Aslanovun idarə etdiyi "TX 4 London" markalı avtomobilləri vurub.
Qəza zamanı A.Zeynalov bədən xəsarətləri alıb. Digər avtomobillərə də ciddi ziyan dəyib.