Narkotik qəbul edib, polislərin üstünə bıçaqla gəldi - VİDEO

SOSİAL
22:13 07.07.2020
853
Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Tovuz rayon sakini, 1997- cü il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış matereallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

X Mostbet