Bakıda prokuror köməkçisi öldü - SƏBƏB

Bakıda prokuror köməkçisi öldü - SƏBƏB
SOSİAL
12:55 03.12.2016
1707

 

Bakı Şəhər Səbail Rayon Prokurorluğunun əməkdaşı, prokuror köməkçisi Vahid Məmmədovun ölüm səbəbi dəqiqləşib. 

V.Məmmədov Kliniki Tibbi Mərkəzdə böyrək çatışmazlığından vəfat edib. Belə ki, 58 yaşlı V.Məmmədov uzun illər imiş şəkər xəstəliyindən əziyyət çəkirmiş. Bu xəstəlik onda sinir problemləri, böyrək çatışmazlığı kimi fəsadlar yaradıb. İki gün əvvəl isə onun böyrəkləri fəaliyyətini tamamilə dayandırıb və təcili olaraq xəstəxanaya gətirilib. Kliniki Tibbi Mərkəzə gətirilərkən koma vəziyyətində olan V.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

V.Məmmədov Bakıxanov qəsəbəsindəki məzarlıqda dəfn edilib. Onun iki övladı qalıb.

 
OXŞAR XƏBƏRLƏR