Bakıda propan qazı faciəsi: Kişi yanaraq öldü

SOSİAL
12:40 20.06.2022
287
Bakıda kişi faciəvi şəkildə ölüb.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Propan qaz balonunun qəfil alışması nəticəsində 54 yaşlı Əliyev Mübariz Qurbanəli oğlu ağır dərəcəli yanıq xəsarətləri alıb.

O, dərhal Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisə nəticəsində M.Əliyevin bədəninin 95 faizi yanıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR