Bakıda qaçqınların binası belə yandı - VİDEO

Bakıda qaçqınların binası belə yandı - VİDEO
SOSİAL
11:10 03.01.2019
3818
Ötən gecə Xətai rayonunda yanan binanın görüntüləri yayılıb.

Belə ki, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın dam örtüyü yanıb.

Alovlanan ev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən gecə saatlarında söndürülüb.

İlkin məlumata görə, yanğında xəsarət alan olmayıb.
 
AZXEBER.COM Trend-ə istinadən hadisənin görüntülərinu təqdim edir:
 


OXŞAR XƏBƏRLƏR