Bakının Nizami rayonunda dəhşətli ölüm olub. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, bu gün saat 14 radələrində Əli Hacıyev küçəsində beşmərtəbəli binada yaşayan 55 yaşlı Nailə Qafarova faciəvi şəkildə ölüb.O, eyvanda paltar asarkən 5-ci mərtəbədən aşağı düşüb. Qadın aldığı xəsarətdən hadisə yerində keçinib.