Bakıda qadın barda tanış olduğu kişinin 3 min manatını oğurladı

Bakıda qadın barda tanış olduğu kişinin 3 min manatını oğurladı
SOSİAL
17:30 07.06.2017
1113
Bakıda qadın oğurluq edib.
 
Bu barədə "Report”a hüquq-mühafizə orqanlarından bildirilib. Belə ki, Bakı sakini İsmayıl Qədimov paytaxtdakı gecə klublarından birində olan zaman Marina adlı qadınla tanış olub. Gecə klubundan qadınla çıxaraq başqa məkana keçən şəxs sonradan 3 min manatdan çox pulunun oğurlandığını bilib. O, dərhal polisə məlumat verib. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Marina Pronin saxlanılıb.
 
Fakt üzrə araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR