Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalist Könül Aypara paylaşım edib.
Hadisə bu gün Yasamal rayonu, metronun "İnşaatçılar” stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, qadın tanışı tərəfindən şəxsi münasibətlər zəminində bıçaq xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.










































