Bakıda qadın polis bölməsinin önündə ərini bıçaqladı

Bakıda qadın polis bölməsinin önündə ərini bıçaqladı
SOSİAL
00:35 09.03.2022
2852

Bakıda bıçaqlanma hadisəsi baş verib. 

"Report”un məlumatına görə, hadisə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin həyətində qeydə alınıb. 

Belə ki, həyat yoldaşı N. J tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəlüdlü N.H. adlı şəxs hündürmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

Lakin hüquq mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıra bilib və polis bölməsinə aparıblar. 

Daha sonra 34-cü polis bölməsinin həyətində N.H ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib. 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR