Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektindən Koroğlu metrostansiyası istiqamətdə yerləşən asma körpünün altında qeydə alınıb.
1987-ci il təvəllüdlü Fəhimə Şahverdiyeva idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən 1958-ci il təvəllüdlü Mərdan Mehdiyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.