Bakıda qadın gecə klubunda bıçaqlandı

Bakıda qadın gecə klubunda bıçaqlandı
SOSİAL
09:06 10.03.2023
250
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Qış parkının yaxınlığında yerləşən klubların birində qeydə alınıb.

Klubda müştəri olan 1987-ci il təvəllüdlü Əliyeva Saina Vəkil qızı tanışı tərəfindən bıçaqlanıb.
 
O, bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR