Bakıda 36 yaşlı qadın qətlə yetirilib.
Hadisə iyunun 30-da Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Sevinc Hüseynovanın gecə saatlarında xüsusi amansızlıqla qətlə yetirilmiş meyiti gölün sahilində tapılıb.
Keçirilən tədbirlərlə qadının həyat yoldaşı 1989-cu il təvəllüdlü Rəşad Tağıyev şübhəli şəxs qismində saxlanılıb.
O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Oxu.az yayıb.