Bakıda qadını yolda təhqir edən kişi hansı məmurun qohumudu? - VİDEO

Bakıda qadını yolda təhqir edən kişi hansı məmurun qohumudu? - VİDEO
SOSİAL
19:35 20.04.2019
5836
Sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı yayılan videoda yeni məlumatlar üzə çıxıb.

Qəzaya düşən xanım sürücüyə təhqiramiz ifadələr işlədən şəxsin kimliyi bəlli olub.

Qeyd olunur ki, həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. 

O, eyni zamanda dövlət məmurunun qaynıdır. Özü də dövlət işində çalışır.

Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.

Xatırladaq ki, bu gün xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib. 

"Təpəni döyərəm maşına, ləçər", - o deyib.
 
haqqin.az
 

OXŞAR XƏBƏRLƏR