Bakıda qadının tikilinin içində yanmış meyti tapıldı

Bakıda qadının tikilinin içində yanmış meyti tapıldı
SOSİAL
10:29 18.03.2019
1876

Bakıda qadın tikilinin içində yanıb ölüb.

AZXEBER.COM-un FHN-ə istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb. 

Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

 

OXŞAR XƏBƏRLƏR