Bakıda qadının üzərinə silah çəkdilər

SOSİAL
13:59 16.05.2016
1425
DİN məlumat yaydı.
Bakıda mağazada işləyən qadını tüfənglə hədələyən şəxs tutulub.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-də Xəzər rayonunun Zirə qəsəbə sakini Şəfa Əkbərova 1-ci Polis Bölməsinə müraciət edərək həmin gün işlədiyi mağazada İsmixan adlı şəxsin tüfənglə onu öldürəcəyi ilə hədələməsini bildirib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini İsimxan Əliyev saxlanılıb, hadisədə istifadə etdiyi “Striker” markalı tir tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR