Bakıda keçmiş məhbus qarət olunub.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat veriblər.Məlumata görə, naməlum şəxslər O.Əliyev küçəsində əvvəllər məhkum olunmuş Nurəddin Səmədova bıçaqla hədə-qorxu gələrək 320 manatını alıblar.Nizami polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Flora Hüseynova, Tamilla Məmmədova və Masallı rayon sakini Ofelya Musayeva yaxalanıblar.