Bakıda qanunsuz onlayn kazino oynayan şəxs cərimələndi

Bakıda qanunsuz onlayn kazino oynayan şəxs cərimələndi
SOSİAL
11:33 25.07.2026
126
Bakının Nərimanov rayonunda qumar oynamaqda təqsirli bilinən şəxs müəyyən edilib.
 
Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Məmməd Vəliyev (ad-soyad şərti verilib – red.) Azərbaycanda qumar oyunları üzrə məsuliyyət yaradan saytına daxil olub və qanunsuz kazino oyunları oynayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən, Vəliyev 3 min manat cərimə edilib
OXŞAR XƏBƏRLƏR