"Qan Donorları Assosiasiyası" İctimai Birliyi və Yer Altı Kitab evinin təşkilatçılığı ilə 01 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş könüllü və təmənnasız qanvermə aksiyası təşkil ediləcəkdir. AZXEBER.COM-un məlumatına görə, aksiya 01 iyun 2013-cü il tarixdə saat 12-00 dan 15-00 dək Mərkəzi Qan Bankında (Nəsimi bazarının arxası) həyata keçiriləcəkdir. Aksiyada iştirak sərbəstdir və bu səbəbdən sağlamlıq məhdudiyyətləri olmayan hər bir kəs qatıla bilər. Qan vermə aksiyasının keçirilməsinə əsas səbəb qan xəstəliklərindən (hemofiliya, talassemiya və leykimiya) əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qisməndə olsa qarşılamaqdır. Qeyd edək ki Qan Donorları Assosiasiyası bu səpkidə xeyriyyə aksiyalarını mütamadi şəkildə həyata keçirməklə qan çatışmamazlığı səbəbindən uşaq ölümünə qarşı mübarizə aparır və gəncləri qan xeyriyyəçiliyinə cəlb edir. 3 saat davam edəcək aksiyada toplanacaq qanlar irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində təmənnasız istifadə olunacaqdır.
"Qan Donorları Assosiasiyası" İctimai Birliyi və Yer Altı Kitab evi gənclərə müraciət edərək aksiyaya qatılmağı və fəal olaraq qan verib xilas etməyi tövsiyə edir.
Əlavə məlumat üşün : (+99455) 7828668 , (+99455) 2134496