Bakıda qardaş qardaşını öldürdü

Bakıda qardaş qardaşını öldürdü
10:04 25.02.2013
1876

Fevralın 24-də saat 01 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində qətl hadisəsi törədilib. 

Rayon Polis İdarəsindənLent.az-a verilən məlumata görə, M.Rəsulzadə qəsəbəsi, R.Qənbərov küçəsində yaşayan 1985-ci il təvəllüdlü Maqsudov Vasif Vahid oğlu şəxsi münasibətlər zəminində qardaşını qətlə yetirib. 28 yaşlı oğlan yaşadığı evdə onunla eyni ünvanda qalan qardaşı, 1983-cü il təvəllüdlü Asif Maqsudovu qarın nahiyəsindən bıçaqlayıb. İkincinin həyatını xilas etmək mümkün olmayıb.

V.Maqsudov polis tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

OXŞAR XƏBƏRLƏR