Bakıda qatar taksini vurdu: 5 yaralı

SOSİAL
14:23 29.07.2019
4329
Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov sayta bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub: "Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır".

OXŞAR XƏBƏRLƏR