Oktyabrın 24-ü 1972-ci il təvəllüdlü Araz Həsənovun ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla 1963-cü il təvəllüdlü Səyavuş Abbasovun Nəsimi rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Araz Həsənova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Səyavuş Abbasov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.









































