Bakıda qeyri-qanuni obyektlərin söküntüsünə başlandı - FOTO

Bakıda qeyri-qanuni obyektlərin söküntüsünə başlandı - FOTO
SOSİAL
11:24 30.08.2018
3248
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yol kənarlarında qeyri-qanuni, vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsünə başlayıb.

AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, BŞİH-də yaradılmış işçi qrup tərəfindən paytaxtın bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədilə reydlər keçirilib, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.

Söküntü işləri bu gün səhər saatlarından etibarən paytaxtın Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında aparılır.
 

 



OXŞAR XƏBƏRLƏR