Bakıda ağır qəza: Ölənlər və yaralılar var - FOTO - VİDEO

Bakıda ağır qəza: Ölənlər və yaralılar var - FOTO - VİDEO
SOSİAL
17:24 24.05.2021
3556
Bakıda baş verən yol nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
 
Mərdəkan yolunda baş verən ağır qəzada üç nəfər həlak olub. 

Bu barədə Oxu.Az-a Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. 

Bildirilib ki, sözügedən ərazidə baş verən avtoqəza ilə bağlı daxil olan çağırış əsasında hadisə yerinə 5 Təcili Tibbi Yardım Briqadası göndərilib. Nəticədə bir qadın iki kişi olmaqla 3 nəfərin hadisə yerində həlak olduğu müəyyən edilib. 

Bundan başqa 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.
 

16.23

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

O bildirib ki, hava limanı - Bilgəh yolunda yol nəqliyyat hadisəsi baş verib:

"Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur”.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR