Bakıda qəzada 16 yaşlı qız xəsarət alıb

Bakıda qəzada 16 yaşlı qız xəsarət alıb
SOSİAL
10:04 27.02.2023
88
Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Qulamova Tamella Aydın qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR