Bakıda qısqanc ər oğlunun gözü qarşısında arvadının üzünə “kislota” töküb - TƏFƏRRÜAT

Bakıda qısqanc ər oğlunun gözü qarşısında arvadının üzünə “kislota” töküb - TƏFƏRRÜAT
SOSİAL
11:59 17.01.2024
209
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rahib Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 1 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Stimul” Hospital ilə üzbəüz parkın yaxınlığında qeydə alınıb. Belə ki, Rahib Qafarov arvadı Samirə Qafarova (şərti) ilə aralarında qısqanclıq zəminində mübahisə edib. Həmin vaxt orada cütlüyün böyük oğlu da olub. Təqsirləndirilən şəxs oğlunun gözü qarşısında sulfat turşusu - "kislota” olan şüşə butulkanın qapağını açıb. Daha sonra o, "kislota”nı birbaşa qadının üstünə və dayandığı istiqamətə səpələyib. Nəticədə qadın gözündən ağır xəsarət alıb. Hadisədən sonra o saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə iclasında Rahib Qafarov ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, 2022-ci ilin yay aylarında evdən ona tanış gəlməyən səs eşidib, arvadı Samirənin hərəkətləri şübhəli gəldiyindən qadının çantasına baxıb:

"Bu zaman həyat yoldaşımın əl çantasında öz telefonundan əlavə bir telefon da tapdım. Həmin telefona baxanda gəlmiş SMS-lərin məzmunundan Samirənin müxtəlif vaxtlarda, müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu aşkarladım. Arvadım bu SMS-lərlə bağlı məlumat verdi, bunu etiraf etdi və onu bağışlamağım üçün yalvardı. Mən də arvadımı bağışladım. Lakin bir müddət sonra eyni əməllərin təkrarlandığını aşkarladım. Samirənin bağışlandıqdan sonra yenə əxlaqsız hərəkətləri etməsinə çox əsəbiləşdiyim üçün onun sağlamlığına zərər vurdum. Hadisəni törətdiyim gün Samirəni aldadaraq o və böyük oğlumla görüşdüm. Onlarla birgə avtobusdan düşən vaxt arvadıma mobil telefonunu verməsini tələb etdim. Lakin Samirə telefonunu verməkdən imtina etdi, mənim və ailəm haqqında nalayiq ifadələr işlətdi. Mən də bundan əsəbiləşdim və özümlə gətirdiyim, "kislota” kimi bildiyim kimyəvi maddə olan şüşənin qapağını açaraq onun sifətinə tökdüm”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda çevik iş rejiminə keçid: İş saatları dəyişəcək?
17:27 20.07.2026
Azərbaycanda çevik iş rejiminə keçid: İş saatları dəyişəcək?
Azərbaycanda xeyriyyə adı ilə toplanan pullara kim nəzarət edir?
17:17 20.07.2026
Azərbaycanda xeyriyyə adı ilə toplanan pullara kim nəzarət edir?
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
17:13 20.07.2026
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
17:06 20.07.2026
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
16:55 20.07.2026
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
16:52 20.07.2026
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
Fərid Şahbazlı Qazaxıstanda beynəlxalq mükafata layiq görüldü - FOTOLAR
16:48 20.07.2026
Fərid Şahbazlı Qazaxıstanda beynəlxalq mükafata layiq görüldü - FOTOLAR
Gözəllik naminə hansı riskləri gözə alırıq? - Plastik əməliyyatların görünməyən tərəfi
16:46 20.07.2026
Gözəllik naminə hansı riskləri gözə alırıq? - Plastik əməliyyatların görünməyən tərəfi
“Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabının təqdimatı keçirildi - FOTOLAR
16:43 20.07.2026
“Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabının təqdimatı keçirildi - FOTOLAR
Qaradağda oğurluq edən 3 nəfər saxlanıldı
16:27 20.07.2026
Qaradağda oğurluq edən 3 nəfər saxlanıldı
Əfqan Cəlilov donanma rəisini vəzifəsindən azad etdi
16:18 20.07.2026
Əfqan Cəlilov donanma rəisini vəzifəsindən azad etdi
Qarabağa köçən gənc ailə: “İki insan əl-ələ verəndə çox gözəl həyat yarada bilir” - VİDEO
15:59 20.07.2026
Qarabağa köçən gənc ailə: “İki insan əl-ələ verəndə çox gözəl həyat yarada bilir” - VİDEO
Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA
15:47 20.07.2026
Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA
HƏMAS-ın yeni lideri bəlli oldu
15:41 20.07.2026
HƏMAS-ın yeni lideri bəlli oldu
Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
15:37 20.07.2026
Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
15:35 20.07.2026
TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda