Bakıda qız 8-ci mərtəbədən yıxıldı və sağ qaldı

Bakıda qız 8-ci mərtəbədən yıxıldı və sağ qaldı
11:10 03.04.2013
2890

Dünən saat 13:15 radələrində Bakının Xətai rayonunda 17 yaşlı qız yaşadığı binadan yıxılıb.

Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsindən verilən məlumata görə, Şıxlınski küçəsi 17 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Fidan İsfəndiyar qızı Əlirzayeva 8-ci mərtəbədən düşüb. Gənc qız xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

F.Əlirzayevanın pəncərələrin şüşələrini silərkən ehtiyatsızlıqdan yıxıldığı bildirilir. Möcüzə nəticəsində sağ qalan qız 263 saylı məktəbin 10-cu sinif şagirdidir. (anspress)

OXŞAR XƏBƏRLƏR