Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 27 b saylı binanın qarşısında 36 yaşlı qadın bıçaqlanıb.
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Tahirə Orucova qeyri-rəsmi nikah münasibətində yaşadığı Elşad Rüstəmov tərəfindən bıçaqlanıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Tahirə Orucova 2 azyaşlı qız anasıdır.Qadını bıçaqlayan Elşad Rüstəmov isə hadisə yerindən yayınıb, hazırda polis onun axtarışlarına başlayıb.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.