Bakıda qız atasını bıçaqladı

Bakıda qız atasını bıçaqladı
SOSİAL
09:44 06.02.2020
1396
Sabunçuda 59 yaşlı kişi bıçaq xəsarəti alıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsində 1961-ci il təvəllüdlü İbrahimov Vahid Əlibala oğlu qızı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
OXŞAR XƏBƏRLƏR