Bakıda qızıl medal alan şagirdlərin sayı açıqlandı

Bakıda qızıl medal alan şagirdlərin sayı açıqlandı
15:56 21.06.2012
1531
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtın orta məktəblərini qızıl medalla bitirən şagirdlərin sayını açıqlayıb. BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, bu il Bakı məktəblərini 20 şagird medalla bitirib. Onların hamısı qızıl medal alıb, yəni attestat qiymətlərinin hamısı, o cümlədən TQDK-nın keçirdiyi buraxılış imtahanlarındakı nəticələri “5”dir.Z.Əliqızı deyib ki, ötən illə müqayisədə bu say daha da artıb. Belə ki, ötən il paytaxt məktəblərini 18 şagird qızıl və gümüş medalla bitirib.
OXŞAR XƏBƏRLƏR