Bakıda qızını namus üstündə öldürən şəxsin məhkəməsi qapalı keçirildi

Bakıda qızını namus üstündə öldürən şəxsin məhkəməsi qapalı keçirildi
SOSİAL
14:25 23.02.2019
4588
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə İ.Qurbanov özünü təqsirli bilib.

Daha sonra məhkəmə prosesin qapalı keçirilməsi barədə qərar çıxarıb. Məhkəmə zalında olan şəxslər zalı tərk edib, iclas qapalı keçirilib.

Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon, Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun "20 yanvar" stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədlini namus üstündə öldürüb.
OXŞAR XƏBƏRLƏR