Martın 12-də Yasamal rayonu İ.Qutqaşınlı küçəsində ağır cinayət hadisəsi olub AZXEBER.COM Teleqraf.com-a istinadən məlumat verir ki, Bakı şəhər sakini Fərrux Zeynalovmünaqişə zəminində Elçin Dəmirovu ürək nahiyəsindən bıçaqlayıb. Elçin Dəmirov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən Fərrux Zeynalov həbs edilib. Fərrux Zeynalovun 22 yaşlı oğlanı öldürməsinin bəzi təfərrüatları məlum olub. Hadisə vaxtı Fərrux Zeynalov parkda məşq edirmiş. Həmin vaxt Elçin Dəmirov orada bir qızla öpüşürmüş. Fərrux Elçin Dəmirova qızla öpüşməsini irad tutub. O deyib ki, bura yaşayış sahəsidir, qohumları, qonşuları var. O, Elçinə başqa yerdə qızla görüşməsini deyib. Elçin isə Fərruxa mübahisəni həll etmək üçün başqa yerdə görüşməyi təklif edib. Gənclər təyin etdikləri görüş yerində yenidən mübahisə ediblər. Mübahisə zamanı Fərrux özündə olan bıçağı Elçin Dəmirovun ürəyinə sancıb. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
AZXEBER.COM portalı olaraq, oxucularımıza Elçin Dəmirovu qətlə yetirən 1996-cı il təvəllüdlü Fərrux Zeynalovun "facebook" səhifəsində yayımladığı bəzi fotolarını təqdim edirik:
![](/file/pic/xeber/2014-03-14/70392.jpg)
![](/file/pic/xeber/2014-03-14/70393.jpg)
![](/file/pic/xeber/2014-03-14/70395.jpg)
![](/file/pic/xeber/2014-03-14/70397.jpg)