Bakıda qorxunc qəza: “Lukoil”in qarşısında iki maşın toqquşub, yandı - VİDEO

Bakıda qorxunc qəza: “Lukoil”in qarşısında iki maşın toqquşub, yandı - VİDEO
SOSİAL
15:46 05.03.2017
1130

 

Paytaxtda Bakıxanov bazarından üzü "Neftçilər” metrostansiyasına gedən yolda ağır yol qəzası baş verib.

"Toyota” markalı, 90 ZC 130 dövlət nömrə nişanlı avtomobillə "BMW” markalı avtomobil "Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında toqquşub.

Toqquşmadan sonra "Toyota”nın mühərrik yerində yanğın baş verib. Daha sonra yanğın "BMW”yə keçib.

Hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verdiyi üçün təhlükəli anlar yaşanıb. Partlayış baş verməməsi üçün yanacaqdoldurma məntəqəsinin işçiləri yanğının qarşısını almağa çalışıblar.

avtosfer.az

OXŞAR XƏBƏRLƏR