Bakıda qumbara tapıldı

Bakıda qumbara tapıldı
00:01 17.06.2012
1117

Azxeber.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, istifadəyə yararlı partlayıcı qurğusu (UZRQM) üzərində olan 1-ədəd F-1 və 1 ədəd RQD-5 markalı əl qumbaralarıdır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 14:05-də yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR