Bakıda "Rang Rover"lə adam öldürdülər

Bakıda "Rang Rover"lə adam öldürdülər
SOSİAL
21:29 25.11.2017
3709
Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, noyabrın 25-də saat 4 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Dinar Fardilon idarə etdiyi "Range Rover" markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR