Bakıda rəis müavininin maşını qəzaya düşdü: yaralanan var

Bakıda rəis müavininin maşını qəzaya düşdü: yaralanan var
SOSİAL
10:47 19.05.2017
5597
Bakının Nərimanov rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"Tofaş" markalı avtomobildə "Koroğlu" metro stansiyası istiqamətində yüksək sürətlə hərəkət edən 1974-cü il təvəllüdlü Valeh Məmmədov idarəetməni itirərək ikinci yola keçib və burada kənarda duran "Mercedes"ə çırpılıb.

Hadisə nəticəsində "Tofaş"ın sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

"Mercedes"in Suraxanı Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərliyə məxsus olduğu bildirilir.
///report
OXŞAR XƏBƏRLƏR