Bakıda rəis öz biznesmen dostunu necə öldürdü? - TƏFƏRRÜAT

Bakıda rəis öz biznesmen dostunu necə öldürdü? - TƏFƏRRÜAT
SOSİAL
13:27 01.05.2017
1066

Daxili İşlər Nazirliyi Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb. 

Aprelin 29-da saat 1 radələrində Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi "Toyota” markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub. Nəticədə T.Dadaşov və S.Həşimov xəstəxanaya yerləşdirilib. T.Dadaşov orada ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

F.Qasımov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, mətbuatda F.Qasımovun hadisəni qəsdən törətdiyi bildirilib. Məlumata görə, F. Qasımov Nəqliyyatda Baş Polis İdarəsinin Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisidir. T.Dadaşov isə biznesmendir. Həmin xəbərdə bildirilirdi ki, F.Qasımov yaxın dostu, Qoşa Qaya restoranının sahibi T.Dadaşovla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər. Hələlik açıqlanmayan səbəbdən F.Qasımov avtomobolini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı vəfat edib. Hadisə "Həyat" istirahət mərkəzində baş verib.

 
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR