Bakıdakı restoranlardan birində kütləvi dava düşüb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 7-si saat 04:35 radələrində Senyuşkin küçəsində yerləşən restoranda baş vermiş davada 3 nəfər ağır xəsarət alıb.
Onlardan Bakı şəhər sakini Əziz Fərhadov bıçaq xəsarətləri ilə, qardaşı Tural və Fuad Cəbiyev kəllə-beyin xəsarətləri ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Xətai Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri - Eldəniz Quliyev, qardaşı İntiqam, Məmməd Quliyev və Namiq Quliyev tutulublar.