Vakıda usta hündürlükdən yıxılıb.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində yerləşən "SS Hall" restoranında qeydə alınıb.
Restoranın ikinci mərtəbəsinin tavanında təmir işləri görən 1996-cı il təvəllüdlü Xaliq Mirzəzadə taxta konstruksiyanın üzərindən yerə yıxılıb.
Nəticədə o, ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.










































