Bakıda restoranda təmir işləri aparan usta hündürlükdən yıxıldı

Bakıda restoranda təmir işləri aparan usta hündürlükdən yıxıldı
SOSİAL
09:21 04.08.2023
201
Vakıda usta hündürlükdən yıxılıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində yerləşən "SS Hall" restoranında qeydə alınıb.

Restoranın ikinci mərtəbəsinin tavanında təmir işləri görən 1996-cı il təvəllüdlü Xaliq Mirzəzadə taxta konstruksiyanın üzərindən yerə yıxılıb.

Nəticədə o, ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR