Bakıda restoranda toy etmək istəyənlər polis bölməsinə gətirildi

Bakıda restoranda toy etmək istəyənlər polis bölməsinə gətirildi
SOSİAL
16:30 09.12.2020
1835
Bakıda restoranların birində toy mərasimi keçirməyə cəhd olunub.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Suraxanı rayonunda yerləşən "Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısı polis tərəfindən alınıb.

Toy mərasiminin təşkilatçısı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci Polis Bölməsinə gətiriliblər.

Hazırda bölmədə xüsusi karantin rejimi qaydalalarını pozaraq toy mərasimi keçirməyə cəhd edənlər, təşkilatçılar, iştirakçılar və restoranın rəhbərliyi barədə qanunauyğun olaraq tədbir görülür.
OXŞAR XƏBƏRLƏR