AFFA İntizam Komitəsi U-19 Liqasının martın 27-də baş tutan “Bakı” – “Neftçi” matçı ilə də bağlı qərar çıxarıb. Oyunun 78-ci dəqiqəsində “Bakı”nın hücumçusu Valeh Seyidov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu isə onun 4 oyunluq cəzalanmasına səbəb olub. Qeyd edək ki, Valeh “Bakı”nın icraçı-direktoru Yaşar Seyidovun oğludur. Yaxınlarda özünə sayt açdıran 16 yaşlı futbolçu Kriştianu Ronaldo Portuqaliya yığması ilə Bakıya gələrkən ondan üzərində imzası olan Madrid “Real”ının formasını almağa nail olmuşdu. //apasport