Bakıda Rövşən Lənkəranski və “Lotu Quli”nun tərəfdarları saxlanılıb

Bakıda Rövşən Lənkəranski və “Lotu Quli”nun tərəfdarları saxlanılıb
KRİMİNAL
14:55 27.04.2016
4879
Onlardan üç ədəd silah götürülüb.
Mütəşəkkil cinayətkar qrupun (MCQ) saxlanılması üzrə uğurlu əməliyyat həyata keçirilib.
Əməliyyatı Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsinin və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları birgə həyata keçiriblər.
Bu barədə Bakı şəhər BPİ-dən bildiriblər.
Əməliyyat zamanı Sabunçu qəsəbə sakinləri - 1983-cü il təvəllüldü İbayev Namiq Həbulla oğlu, 1985-ci il təvəllüdlü Quliyev Kamil İsrafil oğlu, 1980-ci il təvəllüdlü İbrahimov Orxan Rafail oğlu və 1981-ci il təvəllüdlü Haşimov Namiq Ağacan oğlu saxlanılıb.
Saxlanılan zaman əməliyyatçılar İbayevdən 2,688 qram heroin, eləcə də ona məxsus “Mercedes” markalı avtomobilin yük hissəsindən 120,121 qram heroin, nömrəsi silinmiş “Kalaşnikov” avtomatı və 32 güllə aşkar ediblər.
Kamil Quliyevə məxsus VAZ-2104 markalı avtomobildən əməliyyatçılar 128 qram heroin və dörd güllə ilə “Naqan” tipli tapança taparaq müsadirə ediblər. İbrahimovdan 148,14 qram marixuana, Həşimovdan isə 124,28 qram heroin müsadirə edilib.
İlkin istintaq zamanı müəyyən edilib ki, İbayev bu ilin fevralında törədilmiş xuliqanlıqda da ittiham edilir.
Polisdən bildiriblər ki, saxlanılan şəxslər kriminal avtoritetlərdir və iki “qanuni oğru”nun tərəfdarlarıdır. İlkin məlumata görə, həbs edilən şəxslər arasında kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Cəniyevin, eləcə də 8 saylı penitensiar müəssisədə cəzasını çəkən Nadir Səfərovun (Lotu Qulu) tərəfdarlarıdır.
Azərbaycan DİN-də olan digər mənbə qeyd edib ki, son dörd gün ərzində Bakıda aparılan xüsusi əməliyyatlar nəticəsində kriminal avtoritetlərin başçılıq etdikləri mütəşəkkil cinayətkar qrupların 60-dan çox üzvü saxlanılıb.
Hazırda saxlaınaln şəxslərin və müsadirə edilən silahların daha öncə törədilmiş cinayətlərə aidiyatlıqları yoxlanılır.
///Sputnik
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir