Bakıda sabiq deputatlığa namizədi avtomobil vurdu

Bakıda sabiq deputatlığa namizədi avtomobil vurdu
SOSİAL
19:08 12.12.2016
1052
Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub.
 
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, "Aqata" şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ağayev Qaraxan Zilfi oğlunu avtomobil vurub. Xəsarət alan Q.Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qeyd edək ki, Q.Ağayev keçmiş deputatlığa namizəddir. Onun namizədliyi 2010-cu ildə "Qarabağ" bloku tərəfindən irəli sürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR