Bakıda saçını rəngləyən oğlanı bıçaqladılar - FOTO

SOSİAL
15:45 30.06.2021
4822
Bakıda bıçaqlanma hadisəsi olub.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, hadisə iyunun 29-u saat 21:30-da paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Abbasxan Hümbətov tanımadığı 2 nəfər tərəfindən bıçaqlanıb.

Bu barədə zərərçəkmiş özünün sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda saçlarını mavi rəngə boyadığı üçün bıçaqlandığını iddia edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir: "Araşdırmaların sonunda ictimaiyyətə əlavə məlumat veriləcək".
 

 


OXŞAR XƏBƏRLƏR