Bakıda şadlıq sarayının qarşısında faciəvi hadisə: ölən var

Bakıda şadlıq sarayının qarşısında faciəvi hadisə: ölən var
SOSİAL
11:20 13.12.2016
1226

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Hadisə Xətai rayonu ərazisində, Gəncə prospektindəki "Fəridə" şadlıq sarayının qarşısında baş verib. Gecə saatlarında "Hyundai" markalı minik avtomobili restoranının qarşısında yola çıxan 35-40 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılsa da, artıq gec olub.

 

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

 
OXŞAR XƏBƏRLƏR