Bakıda şagird sinif yoldaşını güllələdi - DƏHŞƏT

KRİMİNAL
11:34 12.11.2015
3530

Xəbər verdiyimiz kimi, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbdə baş verən hadisə Qaradağ Rayon Polis İdarəsində araşdırılır.

Lent.az-ın məlumatına görə, baş vermiş bədbəxt hadisə ilə bağlı hələlik cinayət işi açılmayıb və təhqiqat şöbəsində araşdırma aparılır.

O da məlum olub ki, məktəbli yüngül xəsarət alıb və həyatı üçün təhlükə yoxdur.

* * *11:02

Bakıda orta məktəbdə dəhşətli hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.

Əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdənistifadəzamanışagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.

Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı RPİ-də araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR